Mən dənizəm. Quru vasitəsilə okeandan ayrılan su sahəsiyəm. Okeandan təcrid olunma xüsusiyyətimə görə növlərə ayrılıram. Qurunun içərisinə daha çox daxil olan dənizlər daxili dənizlərdir. Qara, Azov, Aralıq, Qırmızı, Baltik, Mərmərə və s. dənizlər okeanla boğazlarla birləşir.
Materikin sahilində yerləşən kənar dənizlər okeandan adalar vasitəsi ilə ayrılır. Onlar şelf və materik yamacında yerləşir. Berinq, Oxot, Karib, Norveç, Sarı və s. belə dənizlərdir.
Adalararası dənizlər materik sahillərindən kənarda, adalar arasında yerləşir, məsələn: Fillipin, Sulavesi, Yava, Fici və s. Okean və dəniz sularının quruya daha çox daxil olan hissələri körfəz adlanır. Körfəzlərin okeanla təbii sərhədləri olmur. Bəzi dənizlərin adı səhvən körfəz (Meksika, Hudzon), körfəzlərin adı isə dəniz (Ərəbistan) adlandırılmışdır.
Qırmızı dəniz
Karib dənizi
Ölü dəniz
Комментариев нет:
Отправить комментарий