Mən göləm.Qurunun təbii çökəkliyində yerləşən və okeanla əlaqəsi olmayan su hövzəsiyəm. Mənim olduğum çökəkliyə göl çuxuru deyilir. Mənşəyimə görə aşağıdakı növlərə bölünürəm:
1. Tektonik göllər - yer qabığındakı tektonik mənşəli çökəklərdə yaranır. Belə göllər dərin olur. Məsələn: Tanqanika, Baykal Ladoqa.
2. Vulkanik göllər - sönmüş vulkan kraterində yaranır. Sahəsi kiçik olur.
3. Buzlaq gölləri - yüksək dağ çökəkliyində buzlaqların eşicilik fəaliyyəti nəticəsində yaranır. Alp və Qafqaz dağlarında, qədim buzlaşma sahələrində, məsələn, Skandinaviyada çoxdur: Tufangöl, Böyük Kölə, Böyük Ayı.
4. Çökmə göllər - karst sahələrində əmələ gəlmiş çökəkliklərdə yaranmış göllərdir.
5. Uçqun gölləri - zəlzələ nəticəsində dağın uçması və çay dərəsinin qarşısını alması nəticəsində yaranır Göygöl, Maralgöl.
6. Relikt (və ya qalıq) göllər - okeanın bir hissəsi olub, qurunun qalxması nəticəsində və ya suyun çəkilməsi nəticəsində okeandan ayrılan göllərdir: Xəzər, Aral, Ölü.
7. Axmaz göllər - çay dərəsinin yerdəyişmasi zamanı qədim çay dərəsində, yəni meandr əyriliyində qalan dayaz oraq şəkilli göllərdir. Məsələn: Sarısu, Mehman, Ağgöl.
8. Meteorit mənşəli göllər-meteoritin düşdüyü yerdə qalan çökəklikdə yaranır.
Suyumun tərkibinə görə iki növüm var: şirin və şor
a) Şirin sulu göllər - mülayim və ekvatorial iqlim qurşaqlarında daha çox yayılıb. Bu cür göllərdən çay mənbəyini götürdüyü üçün gölün suyu daim təmizlənir və duz yığılmağa imkan vermir, Belə göllər axarlı göllər adlanır. Onlarda duzluluq l ‰ -dən az olur. Dünyanın ən böyük şirin gölü Şimali Amerikadakı Yuxarı göldür;
b) Şor sulu gölə çay tökülüb, lakin ondan heç bir çay başlamırsa duzluluq artır. Belə göllər axarsız göllər adlanır. Tropik və quraq ərazilərdə daha çoxdur. Dünyada ən şor göl Ölü dənizdir (45 ‰).
Su rejiminə görə isə iki növüm var:
1. Axarlı (şirin) – Ontario, Baykal, Eri, Viktoriya və s.:
2. Axarsız (şor) – Xəzər, Aral, Ölü, Acınohur və s. Göllərin yayılması yağıntı və buxarlanmadan asılıdır.
Ən böyük göllər - Xəzər (I yer), Yuxarı, Viktoriya, Baykal, Aral, Huron, Miçiqan, Tanqanika, Çad və s. Ən dərin göllər - Baykal (1 yer - 1620 m). Tanqanika (1435 m), Xəzər (1025 m), Issik-kul (668 m). Dünyanın ən uzun gölü Afrikadakı - Tanqanika, ən hündür gölü Cənubi Amerikadakı Titikaka gölüdür. Eyr, Çad, Lobnor göllərinin səviyyəsi fəsillərdən asılı olaraq kəskin dəyişir.
Dünyanın ən uzun gölü - Tanqanika
Dünyanın ən dərin gölü - Baykal
Dünyanın ən hündür gölü - Titikaka
Azərbaycan gölləri
Azərbaycanda təbiətin bütün gözəllikləri var. Bu baxımdan vətənimizi zəngin təbiət muzeyi adlandırmaq olar. İl boyu zirvəsi qarla örtülü dağlar, yaşıl meşələr, sərin yaylaqlar, təkrarolunmaz gözəlliyə malik göllərlə bol olan Azərbaycan tarixən səyyahların sevə-sevə gəzdikləri bir məkan olub. İndi gəlin birgə Azərbaycan göllərini səyahətə çıxaq.

Heç şübhəsiz ki, bütün göllərin içərisində şer və mahnılarda dillər
əzbəri olan ən məşhur gölümüz Göygöldür. Göygöl Gəncə şəhərindən 25
kilometr məsafədə, dağların və yaşıl meşələrin qoynundadır. Onun
yaxınlığında daha 7 göl var ki, onlar da Maralgöl, Zəligöl, Ağgöl,
Şamilgöl, Ördəkgöl, Ceyrangöl, Qaragöl adlanır. Tarixçilər bu göllərin
1139-cu ildə baş verən Gəncə zəlzələsi zamanı Kəpəz dağının üst
hissəsinin uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində yarandığını
ehtimal edirlər.
Bunlardan ən gözəli və eyni zamanda ən böyüyü Göygöldür. Suyu göz yaşı
kimi duru olan Göygöl dəniz səviyyəsindən 1556 metr hündürlükdə
yerləşir. Sahəsi 80 hektar, ən dərin yeri isə 95 metrdir.
Göygöl ətrafında Qafqaz maralı, dağ keçisi, cüyür kimi heyvanlara,
sularında nadir balıq növlərindən sayılan qızıl balığa (farel) rast
gəlmək olar. Dəniz səviyyəsindən 1902 metr hündürlükdə yerləşən Maralgöl
Göygöldən bir az aralıdadır. Bu gölün sahəsi 23 hektar, ən dərin yeri
60 metrdir. Göygöllə Ağsu çayı vasitəsi ilə birləşir.
Qəbələ rayonunun ərazisində yerləşən, dağlarla əhatələnən daha bir
gölümüz Nohurgöldür. Göl rayon mərkəzindən 3 kilometr şərqdə,
Güllüburun, Göydağ və Yumuru dağının ətəyində, Qəbələ İsmayıllı – Bakı
avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 700 metr hündürlükdə
yerləşir. Bura həm balıqçıların, həm də avarçəkənlərin sevimli istirahət
yeridir. Hazırda gölün sahillərində istirahət mərkəzləri fəaliyyət
göstərir.
Qəbələ ərazisindəki digər bir göl isə Tufangöl adlanır. Dağlarla əhatə
olunmuş bu göl qar və buzlaq suları ilə qidalandığından suyu şirindir.
Tufangölün uzunluğu 160 metr, eni 125 metr, dərinliyi isə 5 metrdən
çoxdur.
Azərbaycanın
qədim diyarı olan Naxçıvan da göllərlə zəngindi. Onlardan ən məşhuru
yaşıllıqlar içində olan Batabat gölüdür. Uçqun və sürüşmə nəticəsində
yarandığı ehtimal olunan bu göl Naxçıvan şəhərindən 62 kilometr
şimal-şərqdə dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Suyu
şirin olan Batabat gölü təbiətdə nadir rast gəlinən üzən adaya sahibdir.
Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüyündən formalaşan
bu ada küləyin istiqamətindən asılı olaraq vaxtaşırı öz yerini dəyişir.
Bundan başqa Naxçıvanda Qanlıgöl, Salvartıgöl kimi təbii göllər də
turistlər arasında olduqca məşhurdur. Böyük Alagöl Qarabağ yaylasında,
ermənilərin işğalı altında olan Kəlbəcər rayonunun ərazisində yerləşir.
Dəniz səviyyəsindən 2729 metr hündürlükdə olan bu gölün sahəsi 5 kvadrat
kilometrə yaxın, ən dərin yeri isə 9 metrdir.
Azərbaycanın nadir flora və faunaya sahib göllərindən biri də
Ağgöldür. Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən bu göldə
adları “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahı”sına və
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan xeyli sayda quş
növləri var.
GÖYGÖL
SARISU
Комментариев нет:
Отправить комментарий